...

DÖVLƏT NEFT ŞİRKƏTİ VƏ "TRANSNEFTĞ" 2006-CI İLDƏ BAKI-NOVOROSSİYSK XƏTTİ İLƏ NEFT İXRACINI DAVAM ETDİRMƏYİ QƏRARA ALIB

Energetika Materials 15 Avqust 2005 14:04 (UTC +04:00)

Azərbaycan Neft Şirkəti (ARDNŞ) və Rusiyanın "Transneft" şirkəti 2006-cı ildə Bakı-Novorossiysk boru kəməri ilə neft ixracı barədə razılaşmanı qüvvədə saxlayıblar. ARDNŞ-dən Trend ə verilən məlumata görə, tərəflər hər ilin avqust ayında hər hansı bir dəyişikliklər, məsələn, gələn il üsün ixracdan imtina edilməsi barədə bir-birini xəbərdar edə bilərlər.

"Tərəflər bu hüquqdan avqustun ortalarına kimi istifadə etməyiblər, belə ki, ARDNŞ və "Transneft" Bakı-Novorossiysk boru kəməri ilə neftin ixracını davam etdirməyi qərara alıblar", - deyə ARDNŞ-dən bildiriblər.

Bakı-Novorossiysk boru kəməri 1997-ci ildən istismara verilib. Yanvar -iyul aylarında ARDNŞ Novorossiysk limanından 990,5 min. ton Ural nefti yükləyib ki, bu da 2004-0cü ilin analoji dövrü ilə müqayisədə 500,5 min ton azdır. İyulda Ural neftinin Novorossiyskdən yüklənməsi 84,7 min ton təşkil edib ki, bu da 2005-ci ilin iyununda olduğundan5,8 min ton az və 2004-cü ilin iyulundakından isə 124,7 min ton azdır.

Novorossiyskdən ARDNŞ neftinin yüklənməsinin azalması ilin birinci yarısının bir neçə ayı ərzində "şimal" boru kəmərinə neftin vurulması ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) məşğul olub. 2004-cü il ərzində ARDNŞ Novorossiyskdən 2559,1 min ton neft satıb ki, bu da 2003-cü illə müqayisədə 77,1 min ton çoxdur. 1 ton neftin boru kəmərinə vurulmasının tarifi 15,67 dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti