...

ARDNŞ MAYE QAZIN KİÇİK PARTİYALARININ GÜRCÜSTANA SATIŞINI BƏRPA EDİB

Energetika Materials 15 Avqust 2005 15:39 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstan bazarına maye qazın satışını qismən bərpa edib. ARDNŞ-dən Trend ə verilən məlumata görə, avqustun əvvəlindən Gürcüstanın bir sıra şirkətləri, eləcə də "Kopetnari" i "Avroqaz" şirkətlərinə 750 ton maye qaz göndərilib.

ARDNŞ Gürcüstan bazarına maye qazın satışını iyulun son ongünlüyündə dayandırmışdı. Buna səbəb Azərbaycanın daxili bazarında maya qaza olan tələbatın kəskin şəkildə artması olub.

ARDNŞ-dən bildiriblər ki, "biz maye qazın Gürcüstanan satışını qismən bərpa edə bilərik. Çünki ölkənni daxili bazarında bu neft məhsuluna olan tələbat nisbətən azalıb".

Bu ilini yanvar-iyul aylarında ARDNŞ ümummitlikdə 6,8 milyon ton maye qaz ixrac edib. İyulda butan ixracı 0,2 min ton təşkil edib ki, bu da iyun ayına nisbətən 2,6 min ton azdır.

Azərbaycanda ARDNŞ-in satdığı maye qaz "Heydər Əliyev adına" (keçmiş "Azərneftyanacaq") NEZ-a məxsus kataliz qurğusunda istehsal edilir.

Xəbər lenti

Xəbər lenti