...

AR DNŞ-İN QAZMA İDARƏLƏRİ TƏRƏFİNDƏN TƏXMİNƏN 80 MİN METR QAZILIB

Energetika Materials 15 Avqust 2005 16:05 (UTC +04:00)

Cari ilin yanvar-iyul aylarında AR DNŞ-in qazma idarələri tərəfindən 78 871 m qazılıb. Bu barədə Trend ə AR DNŞ-də məlumat verilib. Bu, keçən ilin müvafiq dövrünün göstəricisindən 11,9% azdır.

İyul ayında idarələr 12207 m qazıb ki, bu da plandan 5,1% çoxdur. "Bayıl Limanı" qazma və kəşfiyyat işləri idarəsi 1755 m, "Qum adası" qazma işləri idarəsi - 1630 m, "Neft daşları - 450 m", "Abşeron" - 3000 m, "Qobustan" - 3300 m, "Abşeronneft" NQÇİ - 282 m, "Siyəzənneft" - 750 m , "Bulla-Dəniz" - 185 m, Topoqrafiya və kompleks geoloji kəşfiyyat (TKGKİ) - 855 m qazıb.

AR DNŞ-in qazma idarələri

Yanvar-iyul 2005 (metr)

2004-cü ilin yanvar-iyul aylarına olan % göstəricisi

Bayıl Limanı

11785

82,0

Qum Adası

12732

106,0

Neft daşları

6750

86,5

Abşepon

11422

105,5

Qobustan

22046

86,3

Abşeronneft

2282

36,0

Siyəzənneft

5010

101,4

Bulla-Dəniz

2524

51,5

TKGKİ

4320

154,8

Xəbər lenti

Xəbər lenti