...

NAXÇIVAN MUXTAR RESPUBLİKASI TÜRKİYƏDƏN HƏR AY 40-50 MVT ELEKTRİK ENERJİSİ ALIR

Energetika Materials 17 Avqust 2005 17:30 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Türkiyədən hər ay 40-50 MVt elektrik enerjisi alır. Bu barədə Trend ə Azərenerji SC-də məlumat verilib.

Azərenerji SC-nin prezidenti Etibar Pirverdiyevin sözlərinə görə, NMR-ə hər ay xaricdən onun tələbatını ödəyəcək həcmdə elektrik enerjisi idxal olunur. Türkiyənin Tiash şirkəti 1992-ci ildən NMR-ə elektrik enerjisi verir.

O vaxtdan etibarən $150 mln dəyərində elektrik enerjisi tədarük olunub. "Elektrik enerjisinin tədarükü haqqında sazişlərdə borcun qaytarılma müddəti göstərilməsə də, bu məbləğ ödənilməlidir", - deyə E.Pirverdiyev qeyd edib.

O, həmçinin vurğulayıb ki, borc həm elektrik enerjisi, həm də pul vəsaiti ilə qaytarıla bilər. Lakin bu məsələ Türkiyə hökuməti ilə danışıqlar aparan Nazirlər Kabinetinin səlahiyyətlərinə daxildir.

Xəbər lenti

Xəbər lenti