...

AZƏRNEFTYAG NEZ 2006-CI İLDƏN ŞLAMLARI YENİDƏN İŞLƏNMƏSİNƏ BAŞLAMAQ NİYYƏTİNDƏDİR

Energetika Materials 19 Avqust 2005 15:34 (UTC +04:00)

ARDNŞ-in tərkibinə daxil olan Azərneftyag Neft Emalı Zavodu 2006-cı ildən şlamların (sonradan zənginləşdirmə proseslərində istifadə edilmək üçün xırdalanan filiz və ya kömür) emalına başlamaq niyyətindədir. Bu barədə Trend ə NEZ-dan məlumat verilib. Şlamların emalı üçün yeni avadanlıq quraşdfırmaq lazımdır ki, bunun üçün 3 milyon dollardan artıq vəsait tələb olunur.

"Hazırda biz bu məsələ ilə bağlı təkliflər toplamaq niyyətindəyik, bundan sonra daha məqsədəuyğun variantın seçimi üzrə müzakirələr keçiriləcək ", - deyə NEZ-dan bilidiriblər.

Hazırda artıq avadanlıqların alınması üzrə bir sıra təkliflər mövcuddur. Zavodun ekspertləri belə hesab edirlər ki, 2-3 il ərzində layihə özünü doğruldacaq və sonradan gəlirlə işləməyə başlayacaq.

Qeyd edək ki, şlamlardan dizel yanacağı, mazut və digər neft məhsulları əldə etmək olar.Həmçinin şlamların yenidən işlənməsi nəticəsində kauçuk, rezin və izolyasiya məhsulları da almaq mümkündür.

Xəbər lenti

Xəbər lenti