...

BARMEK AZƏRBAYCAN BORCLULARIN SİYAHISINI AÇIQLAYIB

Energetika Materials 22 Avqust 2005 17:48 (UTC +04:00)

Barmek Azərbaycan Bakı qəsəbələrində yaşayan, həmçinin "Sumqayıtelektrikşəbəkə" xidmət zonasında abunəçilərin borclarının ödənilməsi vaxtı bitdikdən sonra (avqustun 21-i) borcluların bir hissəsinin siyahısını açıqlayıb.

Bu barədə Trend ə şirkətdən məlumat verilib. Siyahıya Bilgəh, Nardaran və Pirşağı qəsəbələrindən 49 abunəçi daxil edilib. Onların ümumi borcu 108,2 mln manatdır ($23,5 min).

Şirkətdə onu da qeyd ediblər ki, Barmek Azərbaycan borcluların siyahısını açıqlamaqda davm edəcək. Hazırda təkcə Bakıda 1856-dan çox mülk və 10267 şəhər kənarı ev qeydə alınıb. Bu obyektlərin əsas hissəsi

Novxanı, Mehtiabad və Nabranda yerləşir, abunəçilərin digər hissəsi isə qeydiyyatdan yayınır.

Xəbər lenti

Xəbər lenti