...

AZƏRBAYCANDA ELEKTRİK ENERJİSİNİN HƏCMİNİN 10%-İ İDXAL OLUNUR

Energetika Materials 25 Avqust 2005 14:20 (UTC +04:00)

Azərbaycanda aylıq orta hesabla 1,5-1-6, milyard kVt/s enerjinin hasil edildiyini nəzərə alsaq, ölkədə idxal olunan elektrik enerjisinin həcmi 10% təşkil edir.

Bu barədə Trend ə Azərenerji Səhmdar Cəmiyyətindən (SC) məlumat verilib.

Elektrik enerjisi əsasən blokadada olan Naxçıvan MR-na göndərilir. Məsələn Türkiyədən buraya ildə təxminən 400 milyon kVt/s, İrandan 540 milyon kVt/s elektrik enerjisi daxil olur.

Azərenerji SC-nin prezidenti Etibar Pirverdiyevin sözlərinə görə, RF-dan Azərbaycan sisteminə il ərzində 1,3-1,5 milyard kVt/s elektrik enerjisi daxil olur. Qışda, xüsusilə axşam saatlarında Azərbaycan bu ölkədən maksimum 200-250 MVt elektrik enerjisi alır. İrandan ölkəyə daxil olan elektrik enerjisinin həcmi ilin soyuq vaxtlarında tələbatın artması ilə əlaqədar artır. Azərbaycan elektrik enerjisinin bu həcmini yay aylarında qaytarır. Cari ilin yarım ili ərzində İrana təxminən 200 MVt elektrik enerjisi satılır.

Xəbər lenti

Xəbər lenti