...

SENTYABRDA AZƏRBAYCANLA İRANIN ENERJİ SİSTEMİNİN BİRLƏŞDİRƏN YENİ ELEKTRİK ÖTÜRÜCÜÇÜ XƏTTİNİN ÇƏKİLMƏSİ ÜZRƏ TƏMİR İŞLƏRİNƏ BAŞLANILACAQ

Energetika Materials 29 Avqust 2005 14:35 (UTC +04:00)

Cari ilin sentyabrından Azərbaycanla İranın enerji sisteminin birləşdirəcək və uzunluğu 350 km olan yeni elektrik ötürücü xəttinin (EÖX) çəkilməsi üzrə təmir -quraşdırma işlərinə başlanılacaq.

Trend in məlumatına görə, bu barədə Azərenerji Səhmdar Cəmiyyətinin (SC) mətbuat xidmətinə İranın Azərbaycandakı səfiri Əfşar Süleymani məlumat verib.

İran tərəfdən göstərilən EÖX tikintisində SUNIR enerji şirkəti, Azərbaycan tərəfdən isə Azərenerji işləyəcək.

Yüksək gərginlikli elektrik enerjisi xəttinin layihəsi çərçivəsində İmişli-Əlibayramlı elektrik stansiyası, Əli Bayramlı Elektrik stansiyası- Salyan, Salyan-Masallı, Masallı-Astara, yeni 220 kilovoltluq "Salyan" yarımstansiyası, eləcə də "İmişli" , "Masallı" sistem yarımstansiyalarının əsaslı və qismən təmiri və s. nəzərdə tutulub. Kredit ayrılması üzrə 75 milyon dollarlıq müqavilə 2005-ci ilin aprel ayının 22-də Bakıda imzalanıb. Yuxarıda göstərilən layihə üzrə İranın "Eksprot" bankı tərəfindən kreditin ayrılması barədə razılaşma isə 2004-cü ilin avqustunda Tehranda imzalanıb.

Xəbər lenti

Xəbər lenti