...

FİAT NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ELEKTRİK ENERJİSİ İLƏ TƏMİN OLUNMASI İLƏ BAĞLI PROBLEMLƏRİ HƏLL EDƏCƏK

Energetika Materials 30 Avqust 2005 14:37 (UTC +04:00)

İtaliyanın FİAT firması Azərenerji SC tərəfindən Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi ilə təmin olunması ilə bağlı problemlərinin həllinə cəlb olunub. Bu barədə Trend ə SC-nin mətbuat xidmətindən bildirilib.

Hazırda NMR elektrik enerjisini Türkiyə və İrandan alır (40-50 MVt həcmində). NMR-də fəaliyyət göstərən yeganə enerji obyekti "Araz" SES orta hesabla 20 MVt enerji istehsal edir. 2006-cı ildə Azərenerji SC NMR-də 140 MVt gücündə əlavə obyektləri istismara verəcək.

NMR-də 1992-ci ildə Türkiyədən alınmış 16 MVt gücündə 4 generator fəaliyyət göstərir. Bir neçə ildən sonra isə bu generatorlar solyar yağının olmaması ilə əlaqədar işləməyib.

Lakin İtaliya firmasının köməyi ilə onlar qazla işləyəcək. Cari ilin sonuna İran-Azərbaycan qaz kəmərinin istismara verilməsi gözlənilir. 2006-cı ilin əvvəlindən etibarən bu generatorlar da istismara veriləcək.

2006-cı ildə NMR-də 90 MVt gücündə modul elektrik stansiyasının inşası nəzərdə tutulub. Qışda elektrik enerjisinə olan tələbat 250 MVt təşkil edir. Lakin sabit qaz tədarükü nəticəsində bu göstərici cari ildə aşağı düşə bilər.

Xəbər lenti

Xəbər lenti