...

İXRACIN İNKİŞAFI ÜÇÜN AZƏRBAYCAN PSA SAZİŞİ ELEMENTLƏRİNİN GENİŞ TƏTBİQİ PRAKTİKASINI HƏYATA KEÇİRƏ BİLƏR

Energetika Materials 30 Avqust 2005 18:15 (UTC +04:00)

PSA müqavilələrinin gerçəkləşdirilməsi sayəsində Azərbaycan Xəzər regionunda neft-qaz sektoru üçün xidmət potensialına malikdir. Trend - in məlumatına əsasən, avqustun 30-da bu barədə Caspian Region Oilfield Corporation -nin direktoru Ueyn Vols (Wayne Waltz) jurnalistlərə bildirib.Bununla bağlı olaraq o, ixracın inkişafı üçün məhsulların bölünməsinə dair (PSA) sazişinin elementlərinin ölkədə geniş tətbiqi təşəbbüsü ilə çıxış edib.

U.Vols bəyan edib ki, PSA müqavilələrinin gerçəkləşdirilməsi sayəsində Azərbaycan Xəzər regionunda neft-qaz sektoru üçün xidmət potensialına malikdir. "Belə ixrac həm neft sektorunda servis xidmətlərinin artımına, həm də sənayenin inkişafına gətirib çıxaracaq. Azərbaycan Xəzər dənizində uzunmüddətli ixrac strategiyası qəbul etməlidir. Onun təşviqi üçün ixrac istehsalının inkişafında ayrıca vergi və gömrük rejimi aparılmalıdır.Hazır məhsul ixracının genişləndirilməsi üçün vergiləri, xammalın və istehsal edilən məhsulun ixracı şəraitində komplektləşdirilmiş detalların idxalı zamanı gömrük rüsumlarını azaltmaq lazımdır.Bununla idarəetmə hissəsində, marketinq aroaşdırmalarında ekspert dəstəyi göstərilməli, case by case qoyuluşu genişləndirilməlidir. Azərbaycan üçün xüsusi iqtisadi zonaların yaradılması vacibdir " - U.Vols bildirib.

Xəbər lenti

Xəbər lenti