...

AVQUSTDA "HEYDƏR ƏLİYEV ADINA " NEFT EMALI ZAVODU NEFT MƏHSULLARININ İXRACINI ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ AZALDIB

Energetika Materials 3 Oktyabr 2005 15:49 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin (MİƏİ) "Heydər Əliyev adına" Neft Emalı Zavodundan (keçmiş "Azərneftyanacaq") 717,9 min ton müxtəlif neft məhsulları ixrac edib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 44,8 min ton çoxdur. Bu barədə Trend ə NEZ-nun tərikibinə daxil olduğu ARDNŞ-dən məlumat verilib.

Sentyabrda ARDNŞ MİƏİ-nin neft emalının ixracı 53,18 min ton təşkil edib ki, bu da 2005-ci ilin avqustunda olduğundan 6,78 min ton və 2004-cü ilin sentyabrındakından 21,72 min ton azdır.

ARDNŞ-in məlumatına görə, avqustda neft məhsulları dünya bazarında aşağıdakı qiymətlərdə satılıb (FOB MED (Italy)): avtomobil benzini -1 tonu 659,10 dollar (üstəgəl 36,53 dollar olan avqust qiyməti), aviasiya kerosini - 1 tonu 648,76 dollar (27,26 dollar), dizel yanacağı - 1 tonu 593,25/t (24,39 dollar), mazutun bir tonunun dəyəri 320,67 dollar (32,32 dollar) olub.

Yanvar -sentyabr aylarında ARDNH MİƏİ-nin neft məhsullarının ixracının ümumi cədvəli belədir:

Ad

Yanvar-sentyabr 2005-ci il

+/- yanvar-sentyabr 2004-cü il

cü il

sentyabr 2005-ci il

+/- avqust iyul 2005-ci il

Avtomobil benzini

223,6

-25,5

11,9

-9,4

Dizel yanacağı

yanacağı

307,9

-2,3

34,9

14,2

Aviasiya yanacağı

yanacağı

108,9

3,7

3,8

2,4

Butan

11,8

3,2

2,4

Mazut

65,5

65,5

0

- 0,6

Cəmi

717,9

44,8

53,2

6,78

Xəbər lenti

Xəbər lenti