...

MARLEN ƏSGƏROV AZƏRENERJİ SC-NİN VİTSE-PREZİDENTİ TƏYİN OLUNUB

Energetika Materials 4 Oktyabr 2005 13:33 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Marlen Əsgərov Azərenerji SC-nin vitse-prezidenti təyin olunub. Azərenerji SC-nin mətbuat-xidmətindən Trend ə verilən məlumata görə, M.Əsgərov 1936-cı ildə Ağdam rayonunda anadan olub. Azərbaycan sənaye institutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) energetika faküultəsini bitirib. 45 ildən artıq respublikanın energetika sistemində çalışan M.Əsgərov sıravi mühəndisdən iri struktur bölmələrin rəhbəri vəzifəsinə qədər yüksəlib. Buna qədər isə o, SC-nin baş mühəndisi olub.

Azərenerji SC-nin prezidentinin 3 oktyabr tarixli əmri ilə "Şimal" DRES-nin direktoru Saleh Məmmədov SC-nin baş mühəndisi təyin olunub. Onun yerinə isə əvvəllər Sumqayıt elektrik stansiyasının direktoru işləmiş Vuqar Şahmuradov keçirilib.

Astara rayon elektrik şəbəkəsinin diektoru İsmayıl Mehdiyev Astara modul elektrik stansiyasının direktoru təyin olunub. Onun vəzifələrinin müvəqqəti icrası isə həmin stansiyanın əsaslı təmir üzrə direktor müavini Məmmədhəsən Babayev icra edəcək.

Hacıağa Tağıyev Əli-Bayramlı DRES-nin baş mühəndisi təyin olunub.

Xəbər lenti

Xəbər lenti