...

ARDNŞ YANVAR-SENTYABRDA NEFT HASİLATINI XEYLİ AZALDIB

Energetika Materials 4 Oktyabr 2005 18:21 (UTC +04:00)

Yanvar-sentyabr aylarında Azərbaycan Neft Şirkəti (ARDNŞ) qurudakı və dənizdəki neft yataqlarından 6723,1 min ton neft hasil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 min ton azdır. ARDNŞ-dən Trend ə verilən məlumata görə, Dövlət Neft Şirkətinin neft-qaz hasilatı idarələri dənizdə və quruda bu dövrdə ümumi həcmi 5992,9 min ton neft hasil edib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 32,4 min ton (və ya 0,5%) azdır.

2005-ci ilin yanvar-sentyabr aylarında ARDNŞ-in iştirakı ilə quru və dənizdəki yataqlardan karbohidrogen hasil edən birgə müəssisələr (BM) və əməliyyat şirkətləri (ƏŞ) çərçivəsində xarici şirkətlər, 730,2 min ton neft hasil ediblər ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 31,6 min ton (yaxud 4,5%) çoxdur.

2005-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumi qaz hasilatı 4120,9 mln. Kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 388,6 mln. kubmetr (və ya 10,4 %) çoxdur. Bu zaman ARDNŞ-in NQÇİ-yə 2857,8 mln. kubmetr qaz daxil olub, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 44,4 mln.kubmetr azdır. BM və ƏŞ bu dövrdə 77,1 mln. kubmetr qaz hasil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4 mln. kubmetr azdır. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yanvar-sentyabr aylarında 1186 mln. kubmetr səmt qazı hasil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 448,4 mln. kubmetr çoxdur.

2005-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft və qaz hasilatının ümumi cədvəli belədir:

Neft

(min ton)

Sentyabr 2005-ci il.

yanvar-sentyabr 2005-ci il

yanvar-sentyabr 2004-cü il

cü il

Fakt

plan

fakt

%

Fakt

%

Cəmi

731,9

6545

6723,1

102,7

6723,9

100

NQÇİ

645,8

5938,2

5992,9

100,9

6025,3

99,5

MM və PSA

68,1

606,8

730,2

120,3

698,6

104,5

Qaz

(mln. m3)

Cəmi

531,3

3781

4120,9

109

3732,3

110,4

ARDNŞ

320

2915

2934,9

100,7

2994,7

98

NQÇİ

311,4

2846,5

2857,8

100,4

2902,2

98,5

MM və PSA

8,6

68,5

77,1

112,6

92,5

83,4

ABƏŞ

211,3

866

1186

137

737,6

160,8

Xəbər lenti

Xəbər lenti