...

"QAZEKSPORT" AZƏRBAYCANA QAZIN TƏDARÜKÜNÜ ARTIRIB

Energetika Materials 4 Oktyabr 2005 18:28 (UTC +04:00)

"Qazeksport" MMC ("Qazprom" ASC-nin törəmə strukturı) cari ilin yanvar -sentyabr aylarında Azərbaycana ötən ilin müvafiq dövründəki 3,479 milyrd. kubmetrə qarşı 3,486 milyrd. kubmetr qaz verib. Bu barədə Trend ə Azəriqaz QSC-dən məlumat verilib.

Azəriqazın nümayəındəsinin sözlərinə görə, sentyabrda "Qazeksport" Azərbaycana 240 milyn. kubmetr qaz verib ki, bu da iyul ayında şirkətin ixrac etdiyindən 237,1 milyn. kubmetr azdır.

Cari ildə ARDNŞ "Qazeksport"dan 1 min kubmetri 60 dollar olmaqla 6 milyrd. kubmetr qaz almağı planlaşdırır. Təbii qaz ölkəyə Şirvanovka-Qazıməmməd boru kəməri vasitəsilə verilir.

Azəriqazdan bildiriblər ki, "plana görə biz sentyabrda 270 milyon kubmetr qaz almalı idik. Fakt üzrə 240 milyon kubmetr qaz almışıq. Oktyabrda da Azərbaycana 270 milyon kubmetr yanacaq tədarük ediləcək.

Xəbər lenti

Xəbər lenti