...

AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİ OKYABRDA NOVOROSSİYSKDƏN NEFTİN SATIŞI ÜZRƏ TENDERİ BAĞLI ELAN EDİB

Energetika Materials 6 Oktyabr 2005 11:18 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) oktyabrda Novorossiysk limanından FOB bazisli 85 min ton Urals neftinin satışı üzrə tenderi bağlı elan edib. AR DNŞ-dən Trend ə verilən məlumata görə, tenderin qalibi Vitol treyderi olub.

"Novorossiysk limanının N2 körpüsündən neft patiyasının oktyabrın 30-31-də yüklənməi nəzərdə tutulub", - deyə şirkətdə bildirilib.

2005-ci ilin əvvəlindən AR DNŞ-in elan etdiyi tenderlərdə Novorossiyskdən aşağıdakı şirkətlər neft alıb:

yanvar - LUKOIL (140 min ton), Iitol (80 min ton);

fevral - LUKOIL (160 min ton), Arcadia (140 min ton);

mart - Bp Oil Trading (80 min ton), Total (140 min ton);

aprel - Glencore (160 min ton);

may - RD Shell (80 min ton); LUKOIL (85 min ton);

iyun - Mercuria Energy Trading (82 min ton);

iyul - Mercuria Energy Trading (170 min ton);

avqust - Sun Oil (164 min ton), Glencore (142 min ton);

sentyabr - LUKOIL (79 min ton);

oktyabr - Mercuria Energy Trading (142 min ton), Iitol (85 min ton).

Xəbər lenti

Xəbər lenti