...

AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİ "KALMAZ" YATAĞINDA İSTİSMAR QUYUSUNUN QAZILMASINA BAŞLAYIB

Energetika Materials 8 Oktyabr 2005 12:29 (UTC +04:00)

Azərbaycan Dövlət Nefi Şirkəti "Kalmaz" yatağında 427 saylı istismar quyusunun qazılmasına başlayıb. Şirkətdən Trend ə verilən məlumata görə, qazma işləri AR DNŞ-in "Azneft" İB-nin balansında olan "Qobustan" kəşfiyyat-qazma işləri idarəsi tərəfindən həyata keçirilir.

Quyunun layihə dərinliyi 2200 metrdir. Hazırda onun 190 metri qazılıb.

AR DNŞ-dən bildirilib ki, qazma işlərinin cari ilin sonuna kimi başa çatacağı planlaşdırılır.

"Qobustan" kəşfiyyat-qazma işləri idarəsi eyni zamanda "Kalmaz" yatağında layihə dərinliyi 2100 m olan 425 saylı quyunu qazır. "Şimali Naftalan" yatağında, o cümlədən "Suraxanı" və "Puta" istismar quyularında da qazma işləri aparılır.

Xəbər lenti

Xəbər lenti