...

BARMEK AZƏRBAYCAN XAÇMAZ-YALAMA ELEKTRİK ÖTÜRÜCÜ XƏTTİNİ İNŞA ETMƏYƏ BİLƏR

Energetika Materials 8 Oktyabr 2005 13:38 (UTC +04:00)

"Barmek Azərbaycan şimal-şərq regionlarının enerji ilə təmin olunmasının yaxşılaşdırılması üçün 110 kV gərginlikli Xaçmaz-Yalama EÖX-ni inşa etməyə bilər". Şirkət prezidentinin müşaviri Ömər Günərin Trend ə bildirdiyi kimi, əgər yaxın illərdə Azərenerji SC Xaçmazda 330/110 kV gücündə yarımstansiya tiksə, o zaman EÖX-nin inşasına ehtiyac olmayacaq. "Biz bu yarımstansiyanın köməyi ilə abunəçilərimizi enerji ilə təmin edə bilərik. Biz bu regionların enerji ilə təchizatını yaxşılaşdırmaq məqsədilə beynəlxalq standartlara cavab verən 110 Kv-luq Xəzri-Siyəzən EÖX tikərək sentyabrın əvvəlində istismara vermişik", - deyə Ö.Günər qeyd edib.

Hesablamalara görə, Xaçmaz-Yalama EÖX-nin uzunluğu 20 km, dəyəri isə $800 min olacaq.

Azərenerji SC 2006-cı ildən etibarən Xaçmazda 330-110 kV-luq yarımstansiyanın tikintisinə başlamaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti