...

LATVİYA VƏ UKRAYNANIN AZƏRBAYCANDAN NEFT KƏMƏRİNİN ÇƏKİLMƏSİNİ MÜZAKİRƏ EDƏCƏYİ GÖZLƏNİLİR

Energetika Materials 8 Oktyabr 2005 14:20 (UTC +04:00)

(BNS) - Yaxın vaxtlarda Latviya Ukrayna hökumətlərinin nümayəndələri Azərbaycandan neftin Ukraynadan keçməklə Baltik və Şimali Avropaya nəql olunması üçün neft kəmərinin çəkilməsini müzakirə edə bilərlər. Bu barədə, Trend in məlumatına görə, Latviyanın iqtisadiyyat naziri Krişyanis Karinş (Krisjanis Karins) bəyan edib.

O qeyd edib ki, əgər Ukrayna hökuməti bu planın dəstəkləyərsə, o zaman Riqadabu layihədə iştirak edəcək ölkələrin siyasətçiləri və sahibkarlarının iştirakı ilə daha geniş iclas keçirə və oarada bu planın reallaşdırılması yollarını müzakirə edə bilərlər. Karinş bildirib ki, Gürücstan və Azərbaycanın vəzifəli şəxsləri ilə görüşərkən bu ideya ilə bağlı əvvəlcədən onların dəstəyini alıb.

K.Karinş Bakı neft terminalına baş çəkdikdən sonra perspektivdə Ukraydan Baltik və Şimali Avropa ölkələrinə neft emalının nəzərdən keçirilməsinin mümkünlüyünü bəyan edib. Onun sözlərinə görə, tranzit neft kəməri Xəzərdə neft hasil olunan yerdən Qazıstandan və Azərbaycandan, Gürcüstandan keçməklə Qara dənizdən Ukraynaya, oradan da Belorusdan Latviyaya çatdırıla bilər. Lakin bunun üçün Belorusda uzunluğu 100 km-ə yaxın olan boru kəməri çəkmək lazımdır. K.Karinş boru kəməri sistemi üzrə neft ixracını real hesab edir və bu imkan artıq Ukraynanın neft şirkətlərinni nümayəndələri ilə müzakirə olunub və onlar tərəfindən dəstəklənib. "Azərbaycan prezidenti və BTC nümayəndələri ilə biz bu layihənin gerçəkloəşməsi üçün çox mübət işarə almışıq ", - deyə o, əlavə edib.

Xəbər lenti

Xəbər lenti