...

AZƏRBAYCAN BEYNƏLXALQ ƏMƏLİYYAT ŞİRKƏTİ AZƏRBAYCANDAN NEFT İXRACINI ARTIRIB

Energetika Materials 10 Oktyabr 2005 13:17 (UTC +04:00)

"Azəri-Çıraq-Günəşli" dəniz blokunu mənimsəmiş Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti 2005-ci ilin yanvar-sentyabr aylarında 7,511 mln ton neft ixrac edib ki, bu da 2004-cü ilin 9 ayının göstəricisindən 2,97 mln ton çoxdur.

ABƏŞ-dən Trend ə verilən məlumata görə, yanvar-sentyabr aylarında Bakı-Supsa boru-kəməri ilə (qərb marşrutu) 5,157 mln ton Azəri Light nefti, Bakı-Novorossiysk (şimal marşrutu) boru kəməri ilə 1,683 mln ton xammal ixrac edilib.

2005-ci ilin sentyabrında ABƏŞ 1,173 mln ton neft nəql edib ki, bu da 2004-cü ilin avqst ayından 224,7 min ton, sentyabr ayından isə 617 min ton çoxdur. ABƏŞ-də bildirilib ki, sentyabrda "Qərb marşrutu" ilə 589,4 min ton, "Şimal marşrutu" ilə 328,112 min ton, Bakı-Batumi marşrutu ilə 256 min ton neft nəql edilib.

Xəbər lenti

Xəbər lenti