...

İLİN ƏVVƏLİNDƏN AZERENERJI 16,303 MİYARD KVT/S-DAN ARTIQ ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİB

Energetika Materials 11 Oktyabr 2005 13:02 (UTC +04:00)

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərenerji Səhmdar Cəmiyyəti (SC) sistemində 16,303 milypd. kVt/s elektrik enerjisi istehsal olunub. Bu barədə Trend ə Açıq Səhmdar Cəmiyyətin mətbuat xidmətindən məlumat veriblər. Azərenerji SC-nin Mərkəzi dispetçer İdarəsinin məlumatına görə, su elektrik stansiyalarının payına 205,723 milyn kVt/s, istilik elektrik stansiyalarının payına isə12,897 milyrd. kVt/s düşür.

Bununla əlaqədar göstərilən aylar ərzində qonşu dövlətlərə elektrik enerjisinin planlı şəkildə verilişi həyata keçirilib. Rusiyaya (771,281 milyn. kVt/s), İrana (452,124 milyn. kVt/s) və Türkiyəyə (31,494 milyn. kVt/s) enerji verilib.

Sentyabrda sistemdə 1,475 milyrd. kVt/s elektrik enerjisi istehsal edilib. Su elektrik Su elektrik stansiyalarında 208 milyn. kVt/s, istilik elektrik stansiyalarında 1,267 milyrd. kVt/s enerji istehsal edilib.

Nəticədə enerji mübadiləsi nəticəsində Rusiyadan 88,616 milyn. kVt/s elektrik enerjisi, İrandan 40,530 milyn. kVt/s və Türkiyədən 31,494 milyn. kVt/s alınıb).

İlin sonuna kimi istehsal həcminin 23 milyrd. kVt/s təşkil edəcəyi proqnozlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti