...

AZƏRENERJI 2006CI İLDƏ ƏLİ-BAYRAMLIDA YENİ ELEKTRİK STANSİYASININ TKİNTİSİ ÜZRƏ DANIŞIQLARA BAŞLAYACAQ

Energetika Materials 12 Oktyabr 2005 14:03 (UTC +04:00)

Azərenerji 2006-cı ildə beynəlxalq maliyyə institutları ilə Əli-Bayramlı rayonunda gücü 800-900MVt olan yeni elektrik stansiyasının tikintisi üzrə danışıqlara başlamaq niyyətindədir. Bu barədə Trend ə SC-dən məlumat verilib.

Layihənin reallaşdırılması "Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı üzrə Dövlət Proqramı (2005-2015-ci illər)" çərçivəsində həyata keçirilir. Sənədə görə onun reallaşdırılması iki mərhələdə - 2007-2009 -cu illər və 2010-2011-ci illərdə həyata keçiriləcək.

Hazırda burada 1960-cı illərdə istismara verilən Əli-Bayramlı DRES fəaliyyət göstərir. DRES-də hər birinin gücü 150 MVt olan 7 enerji bloku işləyir. Stansiyada hazırki avadanlıq köhnəldiyi üçün şərti yanacağın xərcləri (1 kVt/s enerjinin istehsalı üçün 450 qram) yüksəkdir.

Qeyd edək ki, Azərbaycanda istehsal olunan elektrik enerjisinin 30-33% -i Əli-Bayramlı DRES-nın payına düşür.

Xəbər lenti

Xəbər lenti