...

LUKOIL Azərbaycanın "Qarabağ" dəniz neft yatağının işlənməsinə qayda bilər.

Energetika Materials 14 Oktyabr 2005 17:48 (UTC +04:00)

Rusiyanın LUKOIL şirkəti Azərbaycanın müxtəlif perspektiv neft-qaz layihələrində monitorinq keçirir. Bu barədə oktyabrın 14-də jurnalistlərə LUKOIL-un vitse prezidenti Ravil Maqanov bəyan edib, Onun sözlərinə görə, şirkət həmçinin, "Qarabağ" layihəsinin işlənməsi üzrə layihəyə qayıtmaq imkanlarını nəzərdən keçirir.

"Azərbaycanda biz yeni və köhnə layihələri öyrənirik. Və biz bu layihəyə ("Qarabağ") qayıtmaq imkanlarını da nəzərdən keçiririk. İndi müxtəlif variantlar var", - deyə o bildirib.

Gələcəkdə neftin qiymətlərinin aşağı düşməsini nəzərə alaraq yeni və köhnə layihələrin investisiya cəlbediciliyinin enməsinə toxunan R.Maqanov bildirib ki, LUKOIL özünün bütün investisiya layihələrini DTD üzrə bir barelə görə 28 $ nəzərdə tutub.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti bundan əvvəl "Qarabağ" yatağının neft ehtiyatlarının yenidən qiymətləndirlməsini aparıb. Son məlumatlara görə, yatağdan hasil edilən neft ehtiyatları 47-49 milyon ton, geoloji ehtiyatlar isə 100 milyon ton neft təşkil edir.

ARDNŞ-dən Trend ə bildiriblər ki, bu gün neftin qiymətinin yüksək olması bu yatağın işlənməsindən böyük gəlir əldə etməyə imkan verir. Dövlət Neft Şirkətində belə hesab edirlər ki, əgər xarici şirkətlər "Qarabağ"ın işlənməsinə maraq göstərməsələr, onda ARDNŞ-in "Günəşli-7" platformasından "Qarabağ"da öz vəsaiti hesağbına hidrotexniki qurğu tikmək imkanı var.

1998-ci ildə "Qarabağ"da 3 kəşfiyyat quyusu qazılıb. Pennzoil, Agip, şirkətlərini birləşdirən CIPCO konsorsiumu, ARDNŞ və LUKOIL-un mütəxəssisləri karbohidrogen hasilatına başlanılması koomersiya baxımından məqsədəuyğun olmaması barədə nəticəyüə gəliblər.

ARDNŞ nümayəndəsi həmçinin bildirib ki, şirkət artıq "Karabağ"da platforma tikmək üçün müxtəlif tədqiqat işləri aparıb. Geotexniki tədqiqatları dərinliyi 800 metrə çatan bir neçə quyunun qazılmasını həyata keçirən mühəndis-geoloji "Əli Əmirov" gəmisi aparıb.

Xəbər lenti

Xəbər lenti