...

Azərenerji SC cari ildə elektrik enerjisi istehsalının həcmini 5-6% artırmaq niyyətindədir

Energetika Materials 14 Oktyabr 2005 18:23 (UTC +04:00)

Azərenerji SC cari ildə elektrik enerjisi istehsalının həcmini 5-6% artırmaq niyyətindədir. Trend bildirir ki, oktyabrın 14-də bu barədə iqtisadiyyat şöbəsinin rəisi Hikmət Həsənov bəyan edib.Onun sözlərinə görə, idarə 23 mlrd kV/s.-dan çox elektrik enerjisi istehsal edə bilər.Azərbaycanda istehsalın ən yüksək səviyyəsi 1990-cı ildə - 25 mlrd kV/s. əldə olunub.

Onun sözlərinə görə, elektrik enerjisi tələbatının ümumi həcmindən 33% sənaye müəssisələrinin, 67%-i isə əhalinin payına düşür.Aparılan təhlillər göstərir ki, əhalinin tələbatında olan 11,8 mlrd kV/s. həcmdən yalnız 5,1 mlrd kV/saatı məqsədli istifadə təşkil edir.Qalan 6,7 mlrd kV/s. elektrik enerjisi təiynatı üzrə istifadə olunmur. "Bizim araşdırmalarımıza əsasən, göstərilən həcmdən 2,3 mlrd kV/s.-dan çox istilikdə tələbat, 1,9-2 mlrd kV/s. - qazda, 2,6 mlrd kV/s. isə sahibkarlıq fəaliyyətində istifadə olunur.

Xəbər lenti

Xəbər lenti