...

Barmek Azerbaijan Azərenerji SC-yə ödəmə məbləğindən birinci dərəcəli istehlakçılara və ARDNŞ-ə borcu çıxıb

Energetika Materials 17 Oktyabr 2005 14:38 (UTC +04:00)

Yanvar-sentyabrda Barmek Azerbaijan alınmış elektrik enerjisinə görə Azərenerji SC-yə 320,408 mlrd. manat ($69,7 mln) ödəyib. Barmek Azerbaijan şirkətində "Tpend" ə bildirilib ki, müqaviləyə əsasən "Bakıelektpikşəbəkə" və "Sumqayıtelektpikşəbəkə" idarəsinə şirkət alınan elektrik enerjisinə görə müvafiq olaraq 75% və 35% ödəyir.

Şirkətdə qeyd olunur ki, tədarük olunan elektrik enerjisinə görə sentyabrda "Sumqayıtelektpikşəbəkə" üçün Barmek Azerbaijan Azərenerji-yə müqaviləyə əsasən 7,139 mlrd. manat, "Bakıelektpikşəbəkə" üçün isə 5,861 mlrd. manat ödəyib, qalıq 27,793 mlrd. manat təşkil edib.

" 8 ay ərzində birinci dərəcəli istehlakçıların Barmek Azerbaijan qarşısında 14227,5 mln. manat həcmində borcu olub. Xüsusilə Azərsu DŞ-nin borcu 11274,3 mln. manat, Bakı metropoliteni- 534,3 mln.manat, qaçqınlar və məcburi köçkünlər Dövlət komitəsi - 947,5 mln. manat, meliorasiya və su təsərrüfatı Agentliyi - 1471,2 mln. manat olub. Avqustda ARDNŞ-nin borcu 11904,8 mln. manat həcmində olub. Bunun nəzər alaraq birinci dərəcəli istehlakçıların və ARDNŞ-nin borcu Azərenerji SC-nin ödəmə məbləğindən çıxarılıb" -deyə şirkətdə qeyd olunub.

2004-cü ildə Barmek Azerbaijan "Azepenepji"SC-yə 463,2 mlrd. manat ödəyib.

Xəbər lenti

Xəbər lenti