...

AZAL aviasiya neftinin keyfiyyəti ilə bağlı çətinlik çəkmir

Energetika Materials 17 Oktyabr 2005 17:27 (UTC +04:00)

Xarici şirkətlər Bakı və Gəncə hava limanlarında təyyarələrə vurulan Azərbaycan aiasiya neftinin keyfiyyətindən şikayət etmir. AZAL Dövlət konserni sədrinin birinci müavini Sabir İlyasov Trend ə bildirib ki, hər gün Heydər Əliyev adına Beynəlxalq hava limanında xarici şirkətlərin təxminən 100 təyyarəsinə yanacaq doldurulur və aviasiya neftinin keyfiyyəti DÜST standartlarına tamamilə cavab verir.

Rusiya KİV məlumat yayıb ki, Rusiya nəqliyyata nəzarət ölkənin bütün avia şirkətlərinə Bakı və Gəncə hava limanlarında bütün növ təyyarələrin yanacaq doldurmasını istisna edən tədbirlər görülməsinə dair göstəriş verib.

S.İlyasovun sözlərinə görə, bu, Rusiyanın daxili işidir və ölkə öz seçimində azaddır. "Bizim bu istiqamətdə heç bir problemimiz yoxdur" -deyə S.İlyasov bildirib.

"Kommersant" yazır ki, Rusiya nəqliyyata nəzarətin göstərişi Azərbyacan yanacağının keyfiyyəti ilə bağlıdır.Yanacağın keyfiyyəti o qədər aşağıdır ki, mühərrikdə olan xüsusi filtrlərin funksiyasını pozur.

ARDNŞ-də Trend ə bildirilib ki, AZAL DK aviasiya neftinin keyfiyyəti tədarükdən əvvəl müstəqil laboratoriyalar da daxil olmaqla bir neçə instansiyada yoxlanılır. 2005-ci ilin doqquz ayı ərzində ARDNŞ Azal Oil ilə müqavildə əsasında həmin şirkətə 323,319 min ton aviasiya nefti satıb.

Xəbər lenti

Xəbər lenti