...

Mədən sənayesində şəffaflığa dair regional konfransın 2005-ci ilin noyabrında keçiriləcəyi planlaşdırılır

Energetika Materials 19 Oktyabr 2005 17:00 (UTC +04:00)

"Mədən sənayesində şəffaflığa dair regional konfransın 2005-ci ilin noyabrında keçriləcəyəi planlaşdırılır". Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Fondundan məlumat verilib. Əvvəlcə konfransın cari ilin oktyabrında keçiriləcəyi nəzərdə tutulmuşdu.

Konfransını keçirilmə tarixi onun iştirakçılarının iş cədvəlinin gərginliyi ilə əlaqədar dəyişdirilib. AR DNF-nin icraçı direktoru Samir Şərifov isə mədən sənayesində şəffaflıq təşəbbüsü (EITI) üzrə beynəlxalq konsaltinq qrupunun oktybarın 21-də keçiriləcək ikinci iclasında iştirak etmək üçün Vaşinqtona yola düşür.

Qeyd edək ki, EITI üzrə regional konfransın keçirilməsində məqsəd region ölkələrinin Azərbaycanda bu təşəbbüsün həyata keçirilməsi təcrübəsi ilə tanış olmaqdır. Konfransda EITI-nin reallaşdırılması sahəsində fəaliyyət göstərən yerli, həmçinin, xarici srukturların, xüsusilə, Azərbaycanın təcrübəsini öz ölkələrində tətbiq etməyi planlaşdıran Qazaxıstan nümayəndələrinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti