...

Azneftkimyamas $14,1 milyon məhsul satıb

Energetika Materials 20 Oktyabr 2005 12:38 (UTC +04:00)

2005-ci ilin yanvar-sentyabr aylarında Azneftkimyamas Açıc Səhmdar Cəmiyyəti 65 mlryd. manat ($14,1 milyona yaxın) məhsulunu sataraq pula çevirib. ASC-dən Trend ə verilən məlumata görə, bu dövrdə məhsul ixracı 30 mlyrd. manata ($6,5 mlyn.) yaxın olub. Məhsulun digər hissəsi daxili bazarda reallaşdırılıb.

Azneftkimyamas ASC respublika prezidentinin 2001-ci il 22 mart tarixli fərmanına əsasən Azneftkimyamas Dövlət Şirkətinin (DŞ) bazasında yaradılıb.

ASC-dən bildirilib ki, həmçinin, bu dövrdə Səttarxan adına maşınqayırma zavodunda ixracın həcmi 9,3 mlryd. manat ($2 milyondan artıq) təşkil edib ki, bununda 7 mlryd. manatı ($1,5 mlyn.) ixracın payına düşür. Baki fəhləsi 7,6 mlyrd. manatlıq ($1,6 milyona yaxın) məhsul reallaşdırılıb ki, bunun 2,5 mlyrd. manatı ($545 min) ixrac olunub, Sabunçu EİB 1,5 mlryd. manatlıq ($327 tıs) məhsul ixrac edib.

İxrac olunan məhsulların 13,1 mlryd. manatı ($2,8 mlyn.) Rusiyanın, 6 mlryd. manatı ($1,3 mlyn.) Qazaxıstanın, 4,9 mlyrd. manatı ($1 mlyn.) Ukraynanın payına düşür.

2004-cü ildə Azneftkimyamas 85 mlyrd. manatlıq (təxminən $18 mlyn.) məhsul satıb ki, bu da 2003-cü ildəkindən $1 mlyn. çoxdur.

Xəbər lenti

Xəbər lenti