...

BP Ceyhandan ilk neft tankerini 2006-cı ilin birinici rübündə yükləyə bilər

Energetika Materials 20 Oktyabr 2005 13:27 (UTC +04:00)

Azərbaycandakı yataqlardan hasil edilən Xəzər nefti ilə dolu ilk tanker Türkiyənən Aralıq dənizi sahilində yerləşən Ceyhan limanından 2006-cı ilin birinci rübündə və ya əvvəllər elan olunan müddətdən bir neçə həftə sonra yükləyə bilər. Trend in Reuters-ə istinadən yaydığı məlumata görə, bu barədə BP-Azərbaijan şirkətinin başçısı Devid Vudvord bəyan edib.

"Bu bizim ehtimal etdiyimizdən bir qədər çox vaxt aparacaq. 4-cü rüb (2005-ci ilin) həddən artıq gərgin olacaq. Düşünürəm ki, bu (ilk neftin yüeklənməsi)gələn ilin 1-ci rübündə baş tuta bilər ", - deyə Vudvord çərşənbə günü axşam Reyter-ə verdiyi m üsahibəsində bildirib.

BP şirkəti Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından tikintisi 4 milyard dollar vəsait tələb edən Bakı-Ceyhan-Tbilisi boru kəməri ilə neftin nəqli layihəsinin operatorudur.

Vudvord bildirib ki, hazırki mərhələdə Azəri və Çıraq yataqlarından neft hasilatı sutkada 370.000 barel təşkil edir. O, hasilatın həcminin gələn ilin əvvəllərində fəaliyyətə salınması planlaşdırılan yeni platformanın və qazma işləri ilə bağlı artacağını da bildirib.

"Biz hasilatın həcminin 2006-cı ilin sonlarına kimi sutkada 500 min barelə çatdırmağa çalışacağıq ", - deyə o bildirib.

Vudvordun sözlərinə görə, BP şirkəti Bakı-Ceyhan boru kəmərinin fəaliyyətə başlamasından sonra hazırda sutkada 140.000 barel neftin nəql olunduğu Bakı-Supsa "qərb" marşurutundan imtina etmək niyyətində deyil.

Marşrut 1999-cu ildən fəaliyyət göstərir.

Bu zaman o qeyd edib ki, müəyyən vaxtdan sonra digər marşrut - Bakı -Novorossiyskdən istifadə zərurəti aradan qalxacaq.

"Biz bu marşrutdan gələn il müəyyən dərəcədə, tutaq ki, Bakı-Tbilisi-Ceyhanı yoxlayarkən istifadə edəcəyik ", - deyə Vudvord bildirib.

Vudvordun sözlərinə görə, BP fəaliyyətə başladığı ilk illərdə Bakı-Ceyhan üçün Azərbaycanın sərhədlərindən kənarda tədarükçülər cəlb etmək niyyətindədir. Bu o vaxta qədər davam edəcək ki, AÇG-də neft hasilatı sutkada 1 milyon barelə çatanadək davam edəcək.

Bu marşrutla ildə 7,5 milyon ton neftin nəql olunması barədə niyyətini artıq bəyan edən Türkmənistan və Qazaxıstan belə tədarükçülər ola bilər.

Qazaxıstandan neftin 2008-ci ildən iri neft yatağı Kaşağandan nəql olunması planlaşdırılıb ki, buradan ilkin mərhələdə Bakı-Ceyhan üzrə sutkada 400 min barel neft nəql oluna bilər.

Lakin Vudvordun fikrincə, Azərbaycanda və Qazaxıstanda hasilatının həcminin artması Bakı-Ceyhanın gücünün artırılması məsələsinin gündəliyə çıxarır ki, bu da əlavə investisiyalar tələb edir.

İlikn mərhələdə bu investisiyalar $200-$300 milyon təşkil edə bilər, lakin vaxt keçdikcə,yəni əlavə nasos stansiyasının tikintisi tələb olunanda öbu həcm 1 milyrad dollaradək arta bilər.

Vudvord sonda bildirib ki, Bakı-Ceyhan boru kəmərinin uğurlu fəaliyyət göstərməsi kənardakı tədarükçülərdən asılı olmayacaq.

"Biz heç cür məhsul verən üçüncü ölkədən asılı deyilik", - deyə o bildirib.

Azərbaycandakı digər planlarından danışan Vudvord bildirib ki, Şahdəniz yatağından təbii qaz nəql edən digər iri boru kəməri olan Bakı-Ərzurumun istismara verilməsi ilə bağlı ciddi yubanmalardan ehtiyatlanmır.

Bu zaman kəmərin Türkiyə hissəsindəki hissəsinin tikintisindəki bir sıra problemlərin olduğunu etiraf edib.

Vudvord Şahdəniz yatağından daha çox təbii qaz ehtiyatlarının əldə olunmasını gözlədiyini bildirib.

"Biz kifayət qədər nikbin əhval-ruhiyyədədir və yeni qaz ehtiyatlarını aşkar etmək niyyətindəyik ", - deyə o bildirib.

Yataqda növbəti quyunun qazılması 2006-cı ilin birinci yarısında gözlənilir.

Şahdənizdə kəşf olunan qaz ehtiyatlarının 35 trilyon kubmetr olduğu güman edilir.

"Hərçənd ki, gələcək axtarışlar zamanı onların (ehtiyatların) 50 faizdən çox olması mümkündür. Ola bilər ", - deyə BP-Azerbaijan-ın rəhbəri bildirib.

Vudvord bildirib ki, şirkət Azərbaycanın digər neft və qaz yataqlarına maraq göstərməyi davam etdirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti