...

Payız-qış mövsümündə Azəristiliktəchizat Bakıda 1500 binanın istilik sistemini bərpa etmək niyyətindədir

Energetika Materials 20 Oktyabr 2005 16:28 (UTC +04:00)

2005-2006-cı ilin payız-qış mövsümündə Azəristiliktəchizat SC Bakıda istilik təchizat infrastrukturuna malik 4140 binadan 1500-nü bərpa etmək niyyətindədir. Bu barədə Trend ə oktyabrın 20-də Azəristiliktəchizat SC-nin sədri Yaşar Həsənov bildirib.

Hazırlıq işləri çərçivəsində müxtəlif infrastrukturlar, xüsusilə istilik ötürücü xətləri, elektrik stansiyaları təmir olunur, kadrlar hazırlanır.

"Biz yanacaq və su ilə təmin olunmaq üçün Azəriqaz QSC və Azərsu DŞ ilə saziş imzalamışıq. Bu mövsüm əhali daha çox istiliklə təmin olunacaq", - deyə o qeyd edib.

Onun sözlərinə görə, bunun üçün artıq 98% hazır olan 36 qazanxana fəaliyyət göstərəcək. Həmçinin, 557 məktəbdən 158-də, 445 uşaq bağçasından 112-də, 271 səhiyyə obyektindən 71-də, həmçinin, 109 digər obyektlərdə istilik təchizat sistemi bərpa olunacaq. Bu proses ölkədə yaxın 2-3 ildə həyata keçiriləcək və yalnız bundan sonra sistemin özəlləşdirilməsi məsələsinə baxılacaq.

Xəbər lenti

Xəbər lenti