...

Əlixan Məlikov: İran qazı Naxçıvan Muxtar Respublikasına noyabrın ortalarından başlayaraq tədarük oluna bilər

Energetika Materials 21 Oktyabr 2005 11:58 (UTC +04:00)

İran qazının Naxçıvan MR-ə 2005-ci il noyabr ayının ortalarından tədarük oluna bilər. Bu barədə Trend ə Azəriqaz QSC-nin sədri Əlixan Məlikov bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi NMR-in qazla təchizatının bərpası layihəsi çərçivəsində bütün öhdəlikləri yerinə yetirib. "Biz artıq İrandan qaz almağa və Astarada bu ölkəyə qaz tədarük etməyə hazırıq. Lakin işlərin gedişatı göstərir ki, bütün tədbirləri başa çatdırmaq üçün İran tərəfinə 1 aya yaxın vaxt lazımdır", - deyə Ə.Məlikov qeyd edib.

O bildirib ki, Araz çayında 130 metrlik sualtı qaz xəttinin inşası başa çatıb.

Birinci mərhələdə İrandan NMR-ə 52 mln m3, 2006-cı ildə 250 mln m3, 2007-ci ildə 350 mln m3 qaz idxal olunacaq.

Xəbər lenti

Xəbər lenti