...

2006-cı ildə Azəriqaz Azərbaycanda 500 min ədəd qaz sayğacı quraşdırmaq niyyətindədir

Energetika Materials 21 Oktyabr 2005 13:06 (UTC +04:00)

2006-cı ildə Azəriqaz QSC Azərbaycanda 500 min ədəd qaz sayğacı quraşdırmaq niyyətindədir. Bu barədə Trend ə Azəriqaz QSC-nin sədri Əlixan Məlikov bildirib.

Onun sözlərinə görə, cari ildə 220 min sayğac quraşdırılacaq. "Bu işləri dekabrın 20-dək başa çatdırmaq planlaşdırılır. Hazırda 140 min sayğac quraşdırılıb", - deyə o qeyd edib.

Qaz sayğacları Nazirlər Kabinetinin 8 fevral 2005-ci il tarixli 43 saylı sərəncamı çərçivəsində alınır.

Qaz idarəsinin podratçısı olan "Sənayecihaz" Azəriqazı 50 min G-2,5 və 40 min G-4 markalı sayğacla təmin edəcək. Bu, $1,790 milyona başa gələcək.

Tezliklə Belorusun Belamo şirkəti Azərbaycana 30 min ədəd G-6 markalı
qaz sayğacı tədarük edəcək. Müqavilənin dəyəri $840 mindir.

Xəbər lenti

Xəbər lenti