...

Dövlət Neft Şirkəti "Günəşli" yatağının dayaz sulu hissəsində neft quyusuun istismara verib

Energetika Materials 21 Oktyabr 2005 17:09 (UTC +04:00)

ARDNŞ "Günəşli" yatağının dayaz sulu hissəsində neft quyusunu istismara verib. Bu barədə "Tpend" ə ARDNŞ-dən məlumat verilib.

13 saylı dəniz stasionar platformasındakı 430-cu quyunun debiti sutkada 140 (bu həcmin 30%-ni su təşkil edir) tondur. Quyunun layihə dərinliyi 3800 metrdir.

ARDNŞ-dən bildirilib ki, hazırda "Günəşli" yatağında 5 istismar quyusu qazılır. Qazma işlərini "Bayıl limanı" Dəniz qazma işləri İdarəsi həyata keçirir.

"Günəşli" yatağının dayaz sulu hissəsində işlər 1980-ci ildən aparılır. O Abşeron yarımadasının cənub-şərqində yerləşir və hasil olunan Azərbaycan neftinin 65% və ölkədə dənizdən çıxarılan neftin 83% burada çıxarılır. Sahədəki qalıq ehtiyatları 94-130 milyon ton neft kimi dəyərləndirilir.

Xəbər lenti

Xəbər lenti