...

ARDNŞ-nin qazma idarələri 103 min metrdən çox qazıb

Energetika Materials 21 Oktyabr 2005 18:47 (UTC +04:00)

ARDNŞ-nin qazma idarələri cari ilin yanvar-sentyabr ayları ərzində 103 742 metp qazıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,7% azdır. Bu barədə Trend ə ARDNŞ-də bildirilib.

Sentyabrda idarələr 12944 metr qazıb ki, bu da avqust ilə müqayisədə 1017 metr azdır. "Bayıl Limanı" qazma və kəşfiyyat işləri idarəsi 3035 metr, "Qum Adası" qazma işləri idarəsi - 1711 metr, "Neft daşları" -1615 metr, "Abşepon" - 2500 metr,"Qobustan" - 2463 metr, "Abşeronneft" NQÇİ - 169 metr, "Siyəzənneft" - 782 metr, "Bulla-Dəniz" - 519 metr, topoqrafiya və kompleks geoloji kəşfiyyatlar İdarəsi (TKGKİ) - 160 metr qazıb.

ARDNŞ-nin qazma idarələri üzrə 2005-ci ilin yanvar-sentyabr aylarında müvafiq qazma cədvəli belədir:

ARDNŞ qazma idarələri yanvar-sentyabr 2005 (metr) %-lə yanvar-sentyabr 2004 Bayıl Limanı 16845 90,9 Qum Adası 16048 101,1 Neft daşları 10265 98,7 Abşeron 16562 110,5 Qobustan 26473 84 Abşeronneft 2606 31,6 Siyəzənneft 6600 112,1 Bulla-Dəniz 3593 62,7 TKGKİ 4750 109,4

Xəbər lenti

Xəbər lenti