...

Dövlət Neft Şirkəti tender elan edib

Energetika Materials 25 Oktyabr 2005 12:54 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qaz hesabatı qovşağının ölçmə vastələrinin texniki, metroloji və proqram təminatı üzrə xidmət göstərilməsi məqsədilə tender elan edib. Bu barədə Trend ə İdarədən məlumat verilib.

Tenderdə iştirak etmək istəyən iddiaçılar $200 üstəgəl18% əlavə dəyər vergisi (cəmi $236) .dəməlidirlər.

Potensial iştirakçılar öz sənədlərinin 2005-ci il dekabrın 25-dən, tender təkliflərini isə dekabrın 14-dən gec olmamaq şərti ilə malın qiymətinin, tədarük müddətinin və ödəmə şərtlərinin nəzərdən keçiriləcəyi MİƏİ-nə təqdim etməlidir.

Təklif zərflərinin açılışı dekabrın 14-də ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti