...

Azərenerji SC noyabrın 2-də "Şimal" DRES-də BQQ-də təmir işlərini başa vurmağı planlaşdırır

Energetika Materials 25 Oktyabr 2005 16:21 (UTC +04:00)

Azərenerji SC noyabrın 2-də "Şimal" DRES-də 400 MVt gücündə buxar-qaz qurğusunda təmir işlərini başa vurmağı planlaşdırır. Bu barədə Trend ə Azərenerji SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Hər il həyata keçirilən planlı təmirlə əlaqədar BQQ-nin fəaliyyəti oktyabrın 10-dan dayandırılıb. Onun əsas qovşaq və aqreqatlarının monitorinqi keçirilir, yararsız halda olan detal və bloklar yeniləri ilə əvəz olunur.

Bu istiqamətdə aparılan işlərə Yaponiyanın Mitsubishi şirkətinin mütəxəssisləri, Belçikanın CMI və Türkiyənin EPRO şirkətlərinin mühəndis və işçiləri cəlb olunublar.

Hazırda BQQ-nin fəaliyyətinin dayandırılması ilə əlaqədar optimal rejimdə işləyən 150 MVt gücündə köhnə blok işə salınıb. Abşeronda elektrik enerji qıtlığı müşahidə olunmur. Enerji ilə təmin olunma zamanı isə fasilələr gözlənilmir.

Xəbər lenti

Xəbər lenti