...

BTC Co Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin testləşdirilməsini başa çatdırır

Energetika Materials 26 Oktyabr 2005 13:06 (UTC +04:00)

"Hazırda Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin doldurulması rahat aparılır. " Biz indi boru kəmərinin hər bir seksiyasının bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün testləşdirmənin başa çatdırılması prosesindəyik" -deyə BTC Co. Boru kəməri şirkətinin operatoru olan BP-də Trend ə bəyan edilib.

Şirkət nümayəndəsinin sözlərinə görə, indi işlər boru kəmərinin istismara verilməsinin son mərhələsindədir. "Biz hər halda ümid edirik ki, işləri təxminən 2005-ci ilin sonunadək başa çatdıracağıq.Amma bu çox çətin görünür" -deyə BP-də bildirilib.

BTC Co. şirkətinin əsas məqsədi 40 ildən çox istismar ediləcək BTC boru kəməri ilə neftin təhlükəsiz və səmərəli nəqlinin təmin edilməsidir.

BTC Co. şirkətinin baş direktoru Natiq Əliyevin sözlərinə görə, boru kəməri şirkəti hələlik planlaşdırılmış qrafikini dəyişməyib.Həmin plan Azərbaycanın Azəri Light neftinin ilk tankerinin Türkiyənin Ceyhan limanından yüklənməsidir. "Biz çalışırıq ki, Ceyhandan ilk tankeri 2005-ci il dekabrın sonunda yükləyə bilək" -deyə N.Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti