...

Azəriqaz yanvar-sentyabr aylarında istehlakçılara 3 milyard kubmetrdən artıq qaz satıb

Energetika Materials 27 Oktyabr 2005 14:18 (UTC +04:00)

Azəriqaz Qapalı Səhmdar Cəmiyyəti yanvar-sentyabr aylarında istehlakçılara 585 milrd 452 miln. manat ($127,3 miln) məbləğində 3 milrd 054,5 milyon kubmetr qaz satıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 335,9 mlrd manat və 156,5 miln kubmetr çoxdur. Bu barədə Trend ə QSC-dən məlumat verilib.

İstehlakçılara verilən qaza görə şirkət 318 mlrd 685 miln manat və ya dəyərin 54,4% -ni toplayıb. Eləcə də əhali 9 ay ərzində 374,9 mlrd manatlıq 1 mlrd 8169 miln kubometr qaz alıb. Bu məbləğdən abonentlərə 83,9 mlrd manat və ya dəyərin 22,3%-i ödənilib.

QSC şəhər və rayon hakimiyyətlərinə, qaz istismarı idarələrini rəislərinə razılaşdırılan protokollara müvafiq satılan qazın məbləğinin tam ödənilməsi üçün təcili tədbirlər görmək barədə xəbərdarlıq edib. Əldə olunan vəsaitdən təmir-tikinti işlərinin aparılması üçün istifadə edilir.

Xəbər lenti

Xəbər lenti