...

LUKOIL və ARDNŞ Xəzərin Azərbaycan sektorunda D-222 laüyihəsinin gələcək inkişafının resppektivlərini və qrafikini müzakirə edirlər

Energetika Materials 27 Oktyabr 2005 14:37 (UTC +04:00)

İlini sonuna kimi Xəzərin Azərbaycan sektorunda dərinsulu D-222 blokunun ("Yalama") işlənməsi üzrə layihənin səhmdarları gələcək plan və iş qrafikini müəyən etmək üçün səhmdarların iclasını keçirəcəklər. Bu barədə Trend ə layihəyə yaxın olan mənbədən məlumat verilib. Bu layihədə Dövlət Neft Şirkəti 20%, Rusiyanın LUKOIL şirkəti (operator) isə 80% payla iştirak edir.

Hazırda Azərbaycan tərəfi görüşün keçiriləcəyi yer və tarix barədə dəqiq məlumata malik deyil. "Bu və ya növbəti iclasda D-222 blokunda ikinci kəşfiyyat quyusunun qazılması tarixi müəyyən ediləcək. Bununla yanaşı, səhmdarlar bu quyunu qazacaq qurğunu da müəyyən etmək niyyətindədirlər", - deyə mənbədən bildrilir.

Azərbaycanın neft sənayesinin ekspertləri Trend ə bildiriblər ki, "Yalama"da quyunun qazılması üçün Danimarkanın Maersk şirkətinə məxsus "Heydər Əliyev adına" (keçmiş LIDER) qurğusu daha səmərəlidir.

D-222-də ikinci kəşfiyyat quyusunun qazılmasını LUKOIL 2007-ci ildə başlamağı ehtimal edir. Hazırda şirkətin mütəxəssisləri bu blokda birinci quyunun qazılması zamanı əldə olunan məlumatların öyrənilməsini davam etdirirlər. 2006-cı ildə əlavə üçölçülü seysmik kəşfiyyatın aparılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti