...

ARDNŞ "Palçıq Pilpiləsi" dəniz yatağının işlənib-hazırlanması üzrə iş aparır

Energetika Materials 27 Oktyabr 2005 17:01 (UTC +04:00)

ARDNŞ "Palçıq Pilpiləsi" yatağının işlənib-hazırlanması çərçivəsində N1146 estakada sahəsində yeni N1328 istismar quyusunun qazmasına başlayıb.Quyunun layihə dərinliyi 1840 metr təşkil edir. Qazmanın sutkalıq sürəti 5 metr təşkil edir ki, bu da süxurların bərkliyi ilə izah olunur.Quyunun qazmasının cari ilin sonu, 2006-cı ilin əvvəlində başa çatdırılması planlaşdırılır.

"Palçıq Pilpiləsi" yatağında həm də N1145 estakada sahəsindən N1153 və N2346 estakada sahəsindən N2571 quyularının qazması aparılır.Layihə dərinliyi 1740 metr təşkil edən ilk quyuda işlər 1230 metr dərinlikdə aparılır. İkinci layihə dərinliyi 2140 metr olan quyuda qazma 1679 metr dərinlikdə aparılır.

"Palçıq Pilpiləsi" yatağının uzunluğu 11 km və 2,5 km. Təşkil edir. "Palçıq Pilpiləsi" yatağının sənaye baxımdan işlənib-hazırlanması 1963-cü ildən başlayıb.Hazırda yatağın balançında 5 platforma yerləşir.Yataqda işlənib-hazırlanma dövründə 230 istismar və 56 kəşfiyyat quyusu qazılıb. Hasil edilən neft ehtiyatlarının həcmi 13,8 mln ton olaraq qiymətləndirilir. "Palçıq Pilpiləsi" yatağının şimal-şərq hissəsində 7 dəniz özülünün tikilməsi və təxminən 100 quyunun qazılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti