...

MDB ölkələrinin nümayəndələri ümumi elektrik enerjisi bazarının formalaşdırılmasına dair sazişi bəyənib

Energetika Materials 28 Oktyabr 2005 15:16 (UTC +04:00)

MDB-nin Elektrik enerjisi şurasının (EEŞ) üzvləri MDB üzvü dövlətlərinin ümumi elektrik enerjisi bazarının formalaşdırılmasına dair sazişi bəyənib. RİA Novosti bildirir ki, bu barədə şuranın cümə axşamıTbilisidə keçirilən 28-ci iclasının yekunlarına əsasən EEŞ-nin prezidenti, YEŞ RSC-nin rəhbəri Anatoli Çubays jurnalistlərə bəyan edib.

"Mən ötən iclası müsbət qiymətləndirirəm, xüsusilə biz MDB ölkələrinin ümumi elektrik enerjisi bazarının formalaşdırılmasına dair sazişin bəyənilməsi haqqında qərar qəbul etdik.Aramızda olan bazar qarşılıqlı əlaqələri nizama salınmalıdır" -deyə Çubays vurğulayıb.

YEŞ RSC rəhbəri həm də qeyd edib ki, enerjiholdinqdə Rusiyanın energetika islahatları çərçivəsində İNTER YEŞ RSC holdinqinin gələcək törəmə şirkətinin müxtəlif variantlarına baxılır.

"Hələ 5-6 il bundan əvvəl İNTER YEŞ RSC şirkət kimi mövcud deyildi, indi qiymət qoyanlar bizə biznesin qiymətini yüz milyon dollar olaraq göstərirlər, əgər biz bunu yarada bilmişiksə, onu işlədə də bilərik" -deyə o qeyd edib. Çubays həm də qeyd edib ki, enerjiholdinqdə şirkətin ixrac imkanlarından "Rusiya energetikasının inkişafı üçün" istifadə etmək istərdilər.

O, həmçinin bildirib ki, 2007-ci ildə İran, Azərbaycan və Rusiyanın enerji sistemlərinin sinxronlaşdırılması barədə qərar qəbul edilməsi planlaşdırılır. MDB ölkələri EEŞ üzvləri 28-ci iclasda Çubaysı yekdilliklə daha iki il müddətinə yenidən prezident seçdilər.

Xəbər lenti

Xəbər lenti