...

Finlandiyanın Warstila şirkəti Azərbaycana modul elektrik stansiyaları üçün qaz qurğuları tədarük edəcək

Energetika Materials 28 Oktyabr 2005 17:26 (UTC +04:00)

Finlandiyanın Warstila şirkətinin Azərbaycana tədarük edəcəyi qaz qurğularının qiyməti 160 miln avrodur. Trend in məlumatına görə, bu barədə Warstila-nın oktyabrın 28-də yaydığı press-relizdə bildirilir.

Sənəddə qeyd olunur ki, şirkətin may ayında 5 qaz qurğusunun tədarükü ilə bağlı aldığı siyariş hazırda təsdiqlənib. Son günlər danışıqların aparıldığı 4 qurğunun dəyəri təxminən, 130 miln avrodur, onların tam gücü isə 370 MVt-dır.

Dəyəri təxminən 30 miln avro və gücü 80 MVt olan birinci qurğu bundan əvvəl təsdiqlənib. "Azərbaycanın Azərenerji SC üçün qaz qurğularının tədarükü 2006-cı ildə həyata keçiriləcək. Warstila həmçinin, qaz qurğuları üçün avadanlıq və texnika da tədjarük edəcək. Onların quraşdırılmasını Azərbaycan tərəfi həyata keçirəcək ", - deyə şirkətin press-relizində bildirilir.

Hazırda Azərbaycanın AZENCO şirkəti Astara, Şəki və Xaçmaz rayonlarında modul stansiyalarını tikintisini həyata keçirir. Astaranın modul tipli elektrik stansiyası 10 moduldan (hər biri 8,7 MVt olmaqla) Azerenerji-nin 2005-2006-cı illlərdə istismara vermək niyyətində olduğu 52 modul stansiyadan birincisidir. Bu stansiyaların ümumi gücü 450-460 meqavatdır. 2006-cı ildə Bakı şəhərində 12, Haxçıvan şəhərində, Şəki və Xaçmaz rayonlarının hər birinin ərazisində 10 stansiya tikiləcək.

Xəbər lenti

Xəbər lenti