...

Azərenerji SC "Şimal" DRES-də 400 MVt BQQ-nin plan təmiri işlərini başa çatdırıb

Energetika Materials 2 Noyabr 2005 17:02 (UTC +04:00)

Azərenerji SC "Şimal" DRES-də 400 MVt BQQ-nin plan təmiri işlərini başa çatdırıb. Trend bildirir ki, bu barədə Azərenerji SC-nin noyabrın 2-də yayılmış məlumatında deyilir.

SC-nin baş mühəndisi Saleh Məmmədovun sözlərinə görə, noyabrın 1-də elektrik enerjisi BQQ-dən enerji şəbəkəsinə daxil olmağa başlayıb. Hasilatın həcmi mərhələlərlə təmiri aparan xarici ekspertlərin müşahidəsi ilə artırılır.

BQQ oktyabrın 10-dan hər il aparılan plan təmiri ilə bağlı olaraq dayandırılıb. Yaponiyanın tikintinin baş podratçısı olan Mitsubishi şirkətinin mütəxəssisləri işə cəlb edilib.Həmçinin qazanlarda təmir əməliyyatlarında Belçikanın CMI və Türkiyənin EPRO firmalarının mühəndis və işçiləri işə cəlb edilib. Həmin şirkətlər filtrlərin dəniz suyundan təmizlənməsini təmin edir.

Xəbər lenti

Xəbər lenti