...

Səngəçal terminalının genişləndirilməsinə ayrılan investisiyaların həcmi $2 milyarda çatıb

Energetika Materials 3 Noyabr 2005 13:16 (UTC +04:00)

"Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində Səngəçal terminalının genişləndirilməsinə ayrılan investisiyaların həcmi $2 milyarda çatıb. Bu barədə Trend ə eksklüziv olaraq Türkiyənin Tekfen şirkətinin Bakı numayəndəliyinin baş direktoru Bataçar Baysal bildirib.

Azfen-Tekfen Azərbaycan-Türkiyə alyansı Səngəçal terminalının genişləndirilməsi layihəsi üzrə BP-in (AÇG-nin operatoru) baş podratçısıdır.

Onun sözlərinə görə, layihə çərçivəsində alyans tərəfindən $250 mln həcmində iş görülüb. "Hazırda AÇG layihəsinin "Faza-2" çərçivəsində terminalın genişləndirilməsi üzrə işlər başa çatmaqdadır və artıq "Faza-3" çərçivəsində işlərə başlanılıb. Layihə çərçivəsində terminalda neftin saxlanması üçün rezervuarlar yerləşdiriləcək və onun genişləndirilməsi üzrə müxtəlif işlər görüləcək", - deyə o qeyd edib.

"Faza-3" layihəsində "Günəşli" yatağının dərinsulu hissəsinin işlənib-hazırlanmasını nəzərdə tutulur.

B.Baysal, həmçinin, onu da qeyd edib ki, terminalın genişləndirilməsi çərçivəsində "Şah-Dəniz" layihəsi üzrə işlərin 50%-i yerinə yetirilib. Onun ümumi genişləndirilməsi 2007-ci ilin sonuna qədər nəzərdə tutulub. Lakin yeni yataqlar aşkar edildikdə, bu proses davam edəcək. Terminalın genişləndirilməsi üzrə işlər başa çatdıqdan sonra o, bütün dünyada ən iri terminal olacaq", - deyə baş direktor əlavə edib.

Xəbər lenti

Xəbər lenti