...

İlin əvvəlində Azərenerji 18 milyard kVt/s elektrik enerjisi istehsal edib

Energetika Materials 3 Noyabr 2005 16:03 (UTC +04:00)

2005-ci ilin yanvar-oktyabr aylarında Azərenerji Səhmdar Cəmiyyəti sistemində 18,009 milpd kVt/s elektrik enerjisi hasil olunub. Bu barədə Trend ə Açıq Səhmdar Cəmiyyətin mətbuat xidmətindən məlumat verilib. Azərenerji SC-nin Mərkəzi Dispetçer İdarəsinin məlumatına görə, bu hasilatdan İstilik-Elektrik Stansiyalarının (İEC) payına 15,613 milrd kVt/s, Su Elektirik Stansiyalırının (SES) payına isə 2,396 milrd kV/s düşüb.

Yanvar-oktyabr aylarında qonşu dövlətlərlə (Rusiya ilə 848,178 miln kVt/s, İranla 507,632 miln kVt/s və Türkiyə ilə 322,636 miln kVt/s) elektrik enerjisinin planlı mübadiləsi davam etdirilib.

Oktyabr ayında sistemdə 1,706 milrd kVt/s elektrik enerjisi hasil edilib. SES-da tərəfindən 257 miln kVt/saata yaxın, İES-da isə 1,449 milrd kVt/s enerji istehsal olunub.

Rusiya ilə enerji mübadiləsi nəticəsində 76,897 miln kVt/saata yaxın, İranla 55,508 miln kVt/s və Türkiyə ilə 20,914 mln kVt/s enerji alınıb. Enyi zamanda həmin ölkələrə qaytarılma - Rusiyaya 16,570 miln kVt/s, İrana - 15,899 miln kVt/s təşkil edib.

İlin sonuna kimi Azərenerji tərəfindən hasilatın 23 milrd kVt/s təşkil edəcəyi proqnozlaşdırılır. 2004-cü ildə bu rəqəm 21,344 milpd kVt/s olub.

Xəbər lenti

Xəbər lenti