...

Türkiyənin Naxçıvan MR-ə elektrik enerjisi ixracı bərpa edilib

Energetika Materials 7 Noyabr 2005 13:11 (UTC +04:00)

Noyabrın 6-dan Türkiyədən Naxçıvan Muxtar Resppublikasına (NMR) elektrik enerjisinin verilməsi bərpa edilib. Bu barədə Trend ə Azərenerji SC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib.

Hazırda NMR Türkiyədən sutkada 40-50 MVt elektrik enerjisi alır.Respublikaya elektrik enerjisini n tədarükü qonşu ölkədən oktyabrın 17-də təbii fəlakətlə bağlı olaraq dayandırılmışdı.Qeyri-sabit hava şəraitinə görə EÖX qırılmışdı və bu, Türkiyədən verilən elektrik enerjisinin dayandırılmasına səbəb olmuşdu. Haxçıvana elektrik enerjisinin verilməsində ciddi narahatlıq yox idi, belə ki, NMR-ə elektrik enerjisinin əsas tədarükçüsü İrandır.

İlin əvvəlindən İrandan respublikaya 507,632 mln. kVt/s, Türkiyədən isə, 322,636 mln kVt/s elektrik enerjisi verilib. Hazırda NMR-də yalnız "Apaz" HES fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti