...

Yanvar-oktyabr aylarında Azneftkimyamas ASC 75,5 mlrd manat dəyərində məhsul istehsal edib

Energetika Materials 8 Noyabr 2005 13:09 (UTC +04:00)

2005-ci ilin yanvar-oktyabr aylarında Azneftkimyamas ASC 75,5 mlrd manat dəyərində neft-mədən, geloloji-kəşfiyyat avadanlıqları, alətlər və ehtiyat hissələri istehsal edib, o cümlədən sənaye və elmi-texniki xidmətlər göstərib ki, bu da 2004-cu ilin analoji dövrü ilə müqayisədə 7,2% çoxdur.

Azneftkimyamas Azərbaycan prezidentinin 22 mart 2001-ci il tarixli sərəncamı ilə Azneftkimyamas DK-nın bazasında yaradılıb. Onun tərkibinə 14 maşınqayırma zavodu, 4 elmi-tədqiqat və layihə-quraşdırma intsitutları daxildir.

ASC-də bildirilib ki, bu dövr ərzində Səttarxan adına maşınqayırma zavodunda istehsalın həcmi 9,3 mlrd manat, Sabunçu EİB-də - 9,3 mlrd. manat, Bakı maşınqayırma zavodunda - 6,3 mlrd manat, Suraxanı maşınqayırma zavodunda - 10,2 mlrd manat, Sərdarov adına zavodda - 5,3 mlrd manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti