...

Karasu Operating Company 2006-cı ildə "Mişovdağ" yatağında 26 istismar quyusu qazacaq

Energetika Materials 8 Noyabr 2005 13:45 (UTC +04:00)

Karasu Operating Company (KAOS) 2006-cı ildə "Mişovdağ" yatağında 26 istismar quyusu qazmaq niyyətindədir. Bu barədə Trend ə şirkətin prezidenti Maykl Palmer (Michael Palmer) məlumat verib. 2005-ci ildə isə KAOC bu sahədə 29 istismar quyusu qazmağı planlaşdırır.

KAOC dənizdəki "Mişovdağ" və "Kəlaməddin" neft yataqlarının kəşfiyyatı və işlənib-hazırlpanması ilə məşğul olur. Şirkətin səhmdarları Kanadanın Nations Energy (85% iştirak payı) və AR DNŞ-dir (15%).

"Kəlaməddin" yatağının işlənib-hazırlanmasına gəldikdə, M.Palmer bildirib ki, 2006-cı ildə əməliyyat şirkəti burada 4, 2007-ci ildə isə 16 quyu qazmağı nəzərdə tutur. Onun sözlərinə görə, şirkət 2006-2007-ci illərdə 3 kəşfiyyat quyusu qazmağı planlaşdırır.

Yanvar-sentyabr aylarında KAOC "Mişovdağ" və "Kəmaləddin" yataqlarında 198,548 min ton neft hasil edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 47,7% çoxdur. Sentyabrda neft hasilatı 21,775 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti