...

Karasu Operating Company 2006-cı ildə "Mişovdağ" yatağında 26 istismar quyusu qazacaq

Energetika Materials 8 Noyabr 2005 15:27 (UTC +04:00)

Karasu Operating Company (KAOS) 2006-cı ildə Azərbaycanın "Mişovdağ" quru neft yatağında 26 istismar quyusu qazmaq niyyətindədir. Bu barədə Trend ə KAOS-nin prezidenti Maykl Palmer (Michael Palmer)ekskluziv məlumat verib. 2006-cı ildə KAOS ba sahədə 29 istismar quyusu qazmaq niyyətindədir.

Karasu Operating Company "Mişovdağ" və "Kəlaməddin" quru neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olur. KAOC-nin səhmdarları Kanadanın Nations Energy (85% payla) şirkəti və ARDNŞ-dir (15%).

"Kəlaməddin" yatağının işlənməsinə gəldikdə M.Palmer qeyd edib ki, əməliyyat şirkəti burada 2006-cı ildə 4 quyu, 2007-ci ildə isə 16 quyu azmaq niyyətindədir. "Ümumilikdə, 2006-2007-ci illərdə şirkət 3 kəşfiyyat quyusunu qazmaq niyyətindədir" - deyə o bildirib.

Yanvar-sentyabr aylarında KAOC "Mişovdağ"-"Kəlaməddin" yataqldarında 198,548 min ton neft hasil edib ki, bu da 2004-cü ilin analoji dövründən 47.7% çoxdur. Sentyabrda neft hasilatı 21,775 min ton hasil edib.

Xəbər lenti

Xəbər lenti