...

Azərbaycan Dövlət Neft Şirkəti noyabrda Novorossiyskdən bir partiya neftin satışı üzrə tenderi bağlı elan edib

Energetika Materials 9 Noyabr 2005 13:17 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti noyabrda Novorossiysk limanından FOB bazisli 85 min ton Ural neftinin satışı üzrə tenderi bağlı elan edib. AR DNŞ-dən Trend ə verilən məlumata görə, tenderin qalibi Glencore treyderi olub.

"Novorossiysk limanının N2 körpüsündən bir partiya neftin noyabrın 29-30-da yüklənəcəyi gözlənilir", - deyə şirkətdə bildirilib.

Qeyd olunan partiya da nəzərə alınmaqla bu il Glencore AR DNŞ-in keçirdiyi tenderlərdə Novorossiyskdən bütövlükdə 387 min ton - apreldə 160 min ton, avqustda isə 142 min ton neft alıb.

İlin əvvəlindən AR DNŞ-in elan etdiyi tenderlərdə Novorossiyskdən aşağıdakı şirkətlər neft alıb:

yanvar - LUKOIL (140 min ton), Iitol (80 min ton);

fevral - LUKOIL (160 min ton), Arcadia (140 min ton);

mart - Bp Oil Trading (80 min ton), Total (140 min ton);

aprel - Glencore (160 min ton);

may - RD Shell (80 min ton); LUKOIL (85 min ton);

iyun - Mercuria Energy Trading (82 min ton);

iyul - Mercuria Energy Trading (170 min ton);

avqust - Sun Oil (164 min ton), Glencore (142 min ton);

sentyabr - LUKOIL (79 min ton);

oktyabr - Mercuria Energy Trading (142 min ton), Iitol (85 min ton).

noyabr - Glencore (85 min ton).

Xəbər lenti

Xəbər lenti