...

Naxçıvan Muxtar Respublikasında enerji sisteminin vəziyyəti haqqında məlumat əldə etmək üçün peyk rabitə sistemi yaratmaq planlaşdırılır

Energetika Materials 9 Noyabr 2005 13:45 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında enerji sisteminin vəziyyəti haqqında Azərenerji SC-yə məlumat verəcək peyk rabitə sistemi yaratmaq nəzərdə tutulub. Bu barədə Trend ə SC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

Onun sözlərinə görə, bu işlər SCADA sisteminin tətbiqi layihəsinin II mərhələsiin reallaşması çərçivəsində həyata keçiriləcək.

"Bu rabitə sistem haqqında məlumat almaq imkanı verir", - deyə o qeyd edib.

Blokadada olan NMR-ə enerji qonşu ölkələrdən idxal edilir. Bu gün muxtariyyət Türkiyədən 50-60 MVt, İrandan - 90-100 MVt enerji alır, Respublikada fəaliyyət göstərən yeganə "Araz" elektrik stansiyası isə 20 MVt enerji istehsal etmək gücündədir.

Yanvar-oktyabr aylarında NMR-in enerji sisteminə saatda 908,815 mln kVt enerji daxil olub. Bu dövr ərzində İrandan saatda 507,632 mln kVt və Türkiyədən saatda 322,636 mln kVt enerji idxal edilib. "Araz" stansiyası isə saatda 76,821 mln kVt enerji istehsal edib.

Xəbər lenti

Xəbər lenti